Bir neçə gün əvvəl avtomobildə əlil övladını tək buraxıb gedən sürücünün videosu yayılmışdı. Polislər uşağı avtomobildən çıxardaraq ailəsinə təhvil vermişdi. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək avtomobil ilə bağlı tövsiyələr verib. Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
- Avtomobilinizi 1 dəqiqəlik olsa belə tərk etsəniz azyaşlı övladınızı avtomobildə tək və ya nəzarətsiz qoymayın!
- Şəxsi avtomobildən istifadə edəndə mütləq yeni ayaq açmış övladınızı xüsusi uşaq oturacağında əyləşdirin!
- Avtomobilin qapılarının bağlanmasını nəzərdən qaçırmayın!
- Avtomobilin qapısını örtəndə onun barmaqlarından muğayət olun!
- Küçədə, xüsusilə avtomobillərin sıx hərəkətdə olduğu ərazilərdə onun əlini buraxmayın!
- On iki yaşdan aşağı uşaqlara küçədə, xüsusilə avtomobil yollarında velosiped sürmək, həmçinin yaşlarına uyğun olmayan velosipedlərə minmək üçün icazə verməyin!
Qeyd edək ki, sürücülərin bu qaydalara əməl etməsi ilk növbədə öz təhlükəsizlikləri üçündür.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man