Braziliyada baş vermiş avtoqəza nəticəsində 6 nəfər ölüb

Yol qəzaları 14 Sentyabr 2021 | 22:54
OXUNUB: 333

Braziliyanın Rio-de-Janeyro və San-Paulo şəhərləri arasındakı avtomobil yolunda baş vermiş avtoqəzada azı 6 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Bu barədə “Globo” telekanalı yol polisinə istinadən məlumat yayıb.

Məlumata görə, dörd minik avtomobili, bir yük maşını və turist avtobusunun iştirakı ilə baş vermiş yol qəzası səhər saat 09:40 (Bakı vaxtı ilə 16:40) radələrində qeydə alınıb. Ölənlərin hamısı yük maşını ilə avtobus arasında sıxılmış minik avtomobilində olub. Toqquşmadan sonra avtobus yanıb.

Avtobusdakı yaralı sərnişinlər xəstəxanaya yerləşdirilib.///apa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man