"Tehran
səfir səviyyəsindəki danışıqlarda istəyinə nail ola bilməyəndə sərhəddə hərbi təlimlərlə
"əzələ nümayişi”nə əl atdı”.
Sfera.az
bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O, İranın xarici işlər
nazirinin müavini Məhəmməd Kazım Səccadpurun Bakıya gəlişinə münasibət bildirib:
"Türkiyə
və Azərbaycanın Naxçıvanda məhz Araz çayı üzərindən mesaj verməsi Tehranın nəticə
çıxarmasına kömək edən amillərdəndir. İran danışıqları davam etdirmək istəyir.
Sərt mövqe ilə yanaşı, qapıları aralı saxlayır. Səccadpur Bakıya Azərbaycan,
Türkiyə və İranın araşdırma mərkəzlərinin üçtərəfli görüşündə iştirak üçün gəlsə
də, rəsmi şəxslərlə də görüşlər keçirəcək”.
A.Nərimanlı
görüşlərdə üç məsələnin müzakirə edilmə ehtimalından söz açıb:
"Birincisi,
Xankəndiyə qanunsuz yük daşınması faktı ilə bağlı saxlanılan iki sürücünün sərbəst
buraxılması. Bu sürücülərin isə sıravi vətəndaş olmadığı da istisna deyil.
İkincisi, Gorus-Qafan yolunda İranın yük maşınlarının keçidini asanlaşdırmaq,
rüsum və digər məsələlərdə güzəştlər əldə etmək. Nəhayət, İranın işğaldan azad
edilmiş ərazilərin bərpası prosesində iştirakına nail olmaq: Tehran bu məsələni
təmaslarında davamlı irəli sürür. Burada diqqətçəkən əsas məqam Bakının əlinin
heç olmadığı qədər güclənməsi və Tehranın "şir kimi oğlanlarıq” ritorikasına rəğmən,
hesablaşmağa məcbur qalmasıdır”.
Günay
Rəsulqızı