Kürdəmirdə dayanma-durma qaydalarını pozan sürücülər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Keçirilən tədbirlər zamanı rayon ərazisində müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülərlə profilaktik söhbətlər aparılıb, kobud qayda pozuntusuna yol verən sürücülər barəsində qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man