Oxucularımızdan biri Avtosfer.az-a müraciət edərək taksi sürücüsündən şikayət edib. Bildirib ki, Azərbaycan-Portuqaliya oyununu izləmək üçün Olimpiya stadionuna getmək istəyib. "Taksi ilə danışdıq və 5 manata razılaşdıq. Sürücü aeroport istiqamətində yolun sağ tərəfində, stadionla üzbəüz saxlayıb düşməyimizi istədi. Bildirdik ki, bura 10 zolaqlı sürətli yoldur və qarşıya keçmək təhlükəlidir. Maşında 4 nəfər idik, iki qadın, iki kişi. Mübahisədən sonra sürücü dedi ki, sizi götürdüyüm yerə qaytarıram. Qarşıdan dönüb geri qayıtdı. Düz stadionun qarşısından keçəndə saxlamasını istədik. Dedik, elə bizə də bura lazım idi. Lakin acığa düşüb saxlamadı. Ziya Bünyadov prospektinə girdi və 1 saatdan çox tıxacda qaldıq. Oyuna da baxa bilmədik, biletlərimiz batdı".
Vətəndaş deyir ki, sürücünün bu cür rəftarı başadüşülən deyil. "Burada prinsip aparmaq üçün hər hansı səbəb yox idi. Sadəcə biz o yolu keçə bilməzdik. Geri də dönüb bizə lazım olan yerdə saxlamadı. Ümid edirəm ki, bu cür sürücüləri tanıyar və onların xidmətlərindən istifadə etməzsiniz."
Nərminə
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man