Azərbaycanda yol polisinin görüntülərini montaj edib yaydılar - VİDEO

İctimai nəqliyyat 13 Sentyabr 2021 | 12:10
OXUNUB: 1855

“Şəmkirdə yol polisinin vətəndaşı təhqir etdiyinə dair yayılan məlumatlar yalandır”. Bu barədə Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, yayılan videogörüntülər köhnədir: “Təxminən 8-10 ilin hadisəsidir. Hadisə Bakıda deyil, kənar ərazidə qeydə alınıb. O dövrdə də məsələ ictimailəşmişdi və süjet əsasında araşdırılma aparılıb və aidiyyəti üzrə hüquqi qiymət verilib”.

V.Əsədov köhnə məlumatları yeni hadisə kimi qələmə verməklə polis haqqında mənfi fikir formalaşdırmağa çalışan şəxslərə də səslənib:

“Mənim üçün maraqlı olan, bu kimi hadisələri yayanların məqsədidir? Köhnə hadisələri yaymaqla polislə sürücü arasında narazılıq yaratmağa çalışanlar nə demək istəyir? Bu gün istənilən müraciətə dərhal reaksiya verilir. Baş verən hadisələr araşdırılır və hüquqi qiymət verilir. Odur ki qanun hər şeydən üstündür”.

2013-cü ildə yayılmış videonu təqdim edirik: 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man