Oxuculardan biri mütamadi olaraq Avtosfer.az-a müraciət edir və paytaxt küçələrində nömrəsiz şütüyən avtomobillərin videolarını göndərir. Bu avtomobillər əsasən müharibə veteranlrı və əlillərə verilən maşınlardır. Vətəndaş haqlı olaraq soruşur ki, hər hansı qəza baş verdikdə bunun məsuliyyəti necə olacaq? Yol polisləri qazi və əlillələrə maksimum güzəştlər edir. Amma qanun hamı üçündür. Bundan sui-istifadə etmək yolverilməzdir.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man