Ömər aşırımında “Niva” aşıb, şirkət əməkdaşları xəsarət alıb.
Hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb. Hərəkətdə olan "Niva" markalı minik maşını idarəetmədən çıxıb və dərəyə aşıb. Qəza zamanı 5 nəfər - 1975-ci il təvəllüdlü Qasımov Vüqar Şahid oğlu, 1983-cü il təvəllüdlü Məmmədov İlkin Rizvan oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Cəsur Surxay oğlu, 1985-ci il təvəllüdlü Səmədov Faiq Rasif oğlu və 1987-ci il təvəllüdlü Nağıyev Ruslan Vidadi oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzaya düşənlərin şirkət işçiləri olduğu bildirilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man