Pirəkəşkül qəsəbəsinə gedən yol yenidən qurulur - FOTO

Yeniliklər 09 Sentyabr 2021 | 16:00
OXUNUB: 594

Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən icra edilən qəsəbələrarası avtomobil yollarının yenidənqurulması layihələri sırasında Abşeron rayonu Pirəkəşkül avtomobil yolu layihəsi də var.

Bu barədə AAYDA-dan məlumat verilib.

Başlanğıcını Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 33-cü km-dən götürən və 7.3 km uzunluğa malik Pirəkəşkül avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayıb. Üstəlik sözügedən yolla ağır tonnajlı yük maşınların hərəkəti yolun əsasında və örtüyündə dağılmalara, çökmə və qabarmalara gətirib çıxarıb. Bu isə avtonəqliyyat vasitələrinin rahat hərəkətinə problemlər yaradırdı. Məhz bu problemlərin aradan qaldırılması, Pirəkəşkül qəsəbəsinin 1,4 min əhalisinin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlərə start verildi.

Pirəkəşkül avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edəcək. Yenidənqurma işlərinə uyğun olaraq köhnə örtük sökülür, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əks dolğu işləri aparılaraq yeni yol yatağı inşa olunur.

Sadalanan işlərin ardınca lazımi qarışıqdan istifadə olunmaqla yol əsasının inşasına başlanılacaq. Əsasın alt və üst layının tikintisi 70 min kub.m-dən artıq həcmdə icra olunacaq.

Bundan başqa, layihəyə uyğun olaraq Pirəkəşkül yolunun 1-ci km-də yerləşən 42 metr uzunluğa malik mövcud avtomobil körpüsünün əsaslı şəkildə təmirinə də başlanılıb.

Layihə boyu istismar müddətini bitirmiş müxtəlif diametrli suötürücü borular yerləşir. Bu üzdən boruların bəzilərinin sökülərək yenidən tikilməsinə, bir hissəsinin isə təmir olunaraq işlək vəziyyətə salınmasına zərurət yaranıb. Bu çərçivədə də tikinti zamanı müvafiq işlərin aparılması icra olunacaq.

Torpaq işləri tam olaraq bitəndən sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun asfaltlanması işlərinə başlanılacaq. Əlaqələndirici bitum səpilməklə yola alt və üst lay olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Asfalt-beton örtüyünün döşənməsi işləri yolun 40 min kv.m-dən çox sahəsində aparılacaq.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Layihə işlərini sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlanma xətləri çəkilərək yol yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man