Yük maşını tanınmış təlimçinin avtomobilini belə vurdu - FOTO - VİDEO

Nəqliyyat TV 09 Sentyabr 2021 | 10:42
OXUNUB: 11111

Tanınmış avtomobil təlimçisi Arzu Babazadə qəzaya uğrayıb. Bu barədə Avtosfer.az-a o, özü məlumat verib. Bildirib ki, dünən axşam saat 22:30 radələrində Ziya Bünyadov prospektində (Çermet körpüsünün üstü) 90 NA 045 dövlət nömrə nişanlı, "HOVO" markalı yük maşını onun avtomobilini arxadan vurub. "Aşağı sürətlə hərəkət edirdim. Sürətim 50 km/saat olardı. Qarşıda tıxac olduğunu müşahidə etdim. Sürəti əlyəc vasitəsiklə aşağı saldım. Mənim arxamda bir avtomobil, onun arxasında isə PPX maşını var idi. PPX-nın arxasındakı yük maşını PPX maşınına "miqat" edirdi. Mənim arxamdakı maşın zolağı tərk etdi. Yük maşını PPX maşınını arxadan sıxırdı. Nəhayət ki, PPX maşını da zolaqdan çıxdı. Qarşıda "Toyota" maşını var idi və sürət həddi 24 kmsaat olardı. PPX zolağı tərk edən kimi yük maşını məni arxadan vurdu. Qeyd edim ki, qarşıda qəza baş vermişdi və tıxac yaranmışdı."

Təlimçi qeyd edir ki, yoxlama zamanı sürücünün içkili və ya narkotik maddənin təsiri altında olmadığı aşkarlandı. "Sadəcə başa düşə bilmirəm ki, qarşıda tıxacın olduğu gördüyü halda niyə bu addımı atdı. Yəqin ki, başı telefona qarışıq olub."

Arzu Babazadə deyir ki, hadisə yol polisi tərəfindən araşdırılıb və qiymət verilib. "Maşınıma 6000 manatadək ziyan dəyib. Eyni zamanda bilirsiniz ki, mən təlimçiyəm və tələbələrim var. Vergi ödəyicisiyəm. Maşından əlavə mənim özümə də maddi ziyan dəyib. Məhkəmə qaydasında onu da təmin edəcəyəm."

Qeyd edk ki, hadisə yerinə 16-cı polis bölməsinin əməkdaşları gəlib. Qəzanın aradan qaldırılımasında sürücüyə kömək ediblər.

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man