“WhatsApp”dan çoxdan gözlənilən funksiya - FOTO

Yeniliklər 07 Sentyabr 2021 | 18:31
OXUNUB: 944

“WhatsApp” konfidensiallıqla bağlı yeni funksiya əlavə edir.

Avtosfer.az “oxu.az”a istinadən xəbər verir ki, mesencerdə istifadəçinin şəbəkəyə son daxil olması barədə məlumatları idarə etmək mümkün olacaq.

Artıq istifadəçi mesencerə son girişin vaxtını tamamilə söndürmədən bir neçə nəfərdən gizlədə bilər. Bunun üçün “Son ziyarət” bölməsində seçilən kontaktlar üçün məlumatı bağlamaq kifayətdir.

Gələcəkdə yeni xüsusiyyət profil şəkilləri və profil məlumatları üçün tətbiq olunacaq.

“WhatsApp”dan bildirilib ki, bu konfidensiallığa nəzarət etməyə daha çox şərait yaradacaq.

Hələlik bu funksiya “iOS” tətbiqinin “beta” versiyasında görülüb. Həmin funksiya tezliklə “Android” istifadəçiləri üçün də əlçatan olacaq.

“WhatsApp” yenilik barədə məlumatı yaxın günlərdə rəsmi olaraq elan edəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man