Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əlil sürücülərin yolunu kəsən şəxslərə xəbərdarlıq edib. Avtosfer.az-a daxil olan müraciətdə bildirilir ki, paytaxt ərazisində yaradılmış mövcud infrastrukturda sağlamlıq imkanları məhdud olan şəxslərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə nəzərdə tutulmuş qaydalara əməl etməyən sürücülər var. DYP bütün hərəkətin iştirakçılarının bir daha diqqətinə çatdırır ki, pandusların qarşısında dayanma-durma tələblərinin pozulması, görmə imkanları məhdud şəxslər üçün nəzərdə tutulan məlumatverici nişanların tələblərinə əməl edilməməsi, eləcə də parklanma zamanı əlillər üçün xüsusi nişanla fərqləndirilən yerlərdən təyinatı üzrə düzgün istifadə olunmaması tərəfimizdən yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Bu isə inzibati tənbeh tədbirlərinin seçilməsinə əsas yaradır.
Yol polisi sürücülərdən, hərəkətin digər iştirakçılarından və bütün ictimaiyyat üzvlərindən xahiş edir ki, sağlamlıq imkanları məhdud olan şəxslərin sərbəst hərəkət etmək hüquqlarına hörmətlə yanaşsınlar!
Yol polisi fürsətdən istifadə edərəkTokio şəhərində keçirilən Olimpiya oyunlarında yüksək nəticə əldə edən paraolimpiyaçılarımızı təbrik edib və onların uğurları ilə qürur duyduğunu bildirib.
Nərminə
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man