Bakının Yasamal rayonunda avtoqəza qeydə alınıb.
Hadisə Mətbuat prospektində baş verib.
"Hyundai" markalı avtomobilin sürücüsü sola dönərkən qəfil əyləcdən istifadə edib. Bu zaman yüksək sürətlə hərəkətdə olan "Kia" markalı minik maşını "Hyundai"la toqquşub. Digər eyni markalı avtomobil isə "Kia" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib./Apa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man