Qaraçuxurda avtomobil yolu təmir olunur  - FOTO

Yeniliklər 06 Sentyabr 2021 | 13:41
OXUNUB: 509

Bu ilin İnvestisiya Proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə 2 qəsəbə və 3 yaşayış massivi üzrə ümumi uzunluğu 18.5 km olan qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-tikinti işləri davam etdirilir. AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, Proqram çərçivəsində rayonun Qaraçuxur qəsəbəsində 1 km uzunluğa malik Nizami İsmayılov küçəsində təmir-tikinti işləri yüksək keyfiyyətlə icra olunur. Küçə uzun müddət təmir olunmadan istismar olunduğundan gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.

Təmir zamanı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Sonuncu mərhələdə isə küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, cari il ərzində qəsəbə üzrə Cəlal Qurbanov və Zaur Şərifov küçələri təmir edilib.

Ümumilikdə, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Suraxanı rayonu üzrə Oqtay Şabanov, Abbas Fətullayev, Bağça küçələri, 68-ci və 80-ci məhəllələrin təmiri yekunlaşıb. Hazırda rayonun Rüfət Abdullayev, Dənizkənarı küçələri, Südçülük sovxozu və Şərq yaşayış massivi yolunda təmir işləri icra olunur.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Təmir işlərinin həcmi cari ilin İnvestisiya Proqramına uyğun olaraq aparılır. Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Suraxanı rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 50 km-ə yaxın qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub.

 

Fidan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man