Balakəndə yük maşını ilə minik avtomobili toqquşub

Yol qəzaları 05 Sentyabr 2021 | 20:55
OXUNUB: 1609

Balakən rayonunda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.

Avtosfer.az-ın məlumatına görə, Yevlax rayon sakini Nazim Hüseynovun idarə etdiyi iritonnajlı yük maşını ilə Balakən rayon Talalar kənd sakini 40 yaşlı Ceyhun Orucovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri olan “VAZ 2107” markalı avtomobilin sürücüsü C.Orocov avtomobildə sərnişin qismində olan sürücünün həyat yoldaşı 29 yaşlı Gülşən Orucova və onların 7 yaşlı övladı Onur Orucov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan C.Orucovun və G.Orucovanın müalicəsi xəstəxanada davam etdirilir. O.Orucovun xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man