Türkiyə yerli zirehli maşını "Pusat"ı nümayiş etdirdi - FOTO

Nəqliyyat xəbərləri 05 Sentyabr 2021 | 20:00
OXUNUB: 1493

Türkiyənin TÜMOSAN şirkəti yerli istehsal olan "Pusat" taktiki zirehli hərbi maşınının istehsalını həyata keçirir.

Avtosfer.az xəbər verir ki, şirkət hərbi maşınının istifadəsi üçün yerli və xarici şirkətlərlə danışıqlarını davam etdirir. Maşının gələcək ixracı üçün təkliflərin irəli sürüldüyü bildirilib.

Qeyd olunur ki, "Pusat" zirehli maşınının 5 min kilometrlik sınaq yürüşləri başa çatıb. Yaxın zamanlarda 20 min kilometrlik sınaq yürüşləri planlaşdırılır. Şirkətin məlumatına görə, hazırda maşın ilkin istehsal mərhələsindədir.

"Pusat" maşını ilk dəfə demo versiyada 2017-ci ildə IDEF beynəlxalq hərbi sənaye sərgisində nümayiş etdirilib, 2019-cu ildə maşının prototipi hazırlanıb.

2021-ci ildə isə "Pusat"ın hibrid versiyası IDEF sərgisində təqdim olunub.

 

 

Türkiyə yerli zirehli maşını "Pusat"ı nümayiş etdirdi -FOTO

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man