Bu ölkədə avtomobil satışı artıb

Nəqliyyat xəbərləri 05 Sentyabr 2021 | 18:13
OXUNUB: 1377

2021-ci ilin yanvar-avqust aylarında Türkiyədə 501 004 ədəd avtomobil satılıb ki, bu da bir il əvvəlki göstəricidən 24,3 % çoxdur.

Avtosfer.az bu barədə ölkənin Avtomobil Distribyutorları Assosiasiyasına istinadən xəbər verir.

Avqust ayında 58 454 avtomobil (il ərzində 5% azalma) öz alıcısını tapıb. Ən çox satılan avtomobillər arasında "Fiat" (10 366 avtomobil), "Renault" (8 678), "Dacia" (4 420), "Hyundai" (4 405) və "Volkswagen" (4 206) ilk yerlərdə qərarlaşıb. "Ferrari" və "Lamborghini" isə ən az satılan markalar olub (hər biri bir maşın).

Sedan tipli avtomobillər ən çox alııcı kütləsinə malikdir. Bu tip maşınlar bazarın 40,9 % -ni təşkil edir.

Eyni zamanda hibrid və elektriklə işləyən avtomobillərin sayı da son bir ildə kəskin şəkildə artıb. Belə ki, bu ilin 8 ayı ərzində Türkiyədə 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3 dəfə çox 32 885 hibrid avtomobil satılıb. Elektriklə işləyən avtomobillərin satışı isə 1 196 ədəd (il ərzində 5 dəfə artım) təşkil edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man