“Uşaqların məktəbə adaptasiyası çətin olacaq” - Onlayn təhsildən ənənəvi təhsilə keçidin fəsadları

13 Sentyabr 2021 | 13:00
OXUNUB: 1203
Sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta, yuxarı siniflərdə və ali, orta ixtisas müəssisələrində ənənəvi tədrisə başlanacaq.

Uzun müddət ənənəvi tədrisdən, məktəbdən uzaq qalan şagird və tələbələrdə bu sistemə keçidin çətin olacağı, sosial-psixoloji gərginliyin yaranacağı ehtimal olunur.
 
Maraqlıdır, məktəblilərdə bu gərginlik, adaptasiya müddəti nə qədər çəkə bilər? Məktəblilərlə hansı şəkildə işləmək, psixoloji cəhətdən hazırlıq keçmək lazımdır?

Məsələ ilə bağlı Sfera.az-a danışan psixoloq "Dərya” Tədris Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Gülnar Orucova uzun müddət ənənəvi tədrisdən uzaq qalmağın uşaqlarda sosial bacarıqların aşağı düşməsi ilə nəticələcəyini bildirib:

 
"Saatlarla tənəffüs olmadan distant təhsilin təşkili uşaqların gözünə, onurğa sisteminə ziyan verib. Bundan başqa, ardıcıl dərslərin təşkili uşaqlarda laqeydlik yaradıb. Belə hesab edirəm ki, distant təhsil ölkədə düzgün təşkil edilməmişdi. Uşaqların məktəbə adaptasiyası çətin olacaq. Uzun müddət evdə qalmaq sosial bacarıqların aşağı düşməsinə, ətrafdakı uşaqlara qarşı aqressiyanın yaranmasına gətirib çıxaracaq.Müəyyən müddət ərzində müəllim-şagird münasibətlərində gərginlik yarana bilər. Bütün bunları nəzərə alaraq, müəllimlər daha diqqətli olmalıdır".
 
Psixoloq adaptasiya müddətinin bir ayadək uzana biləcəyini diqqətə çatdırıb: "Uzun müddət sonra uşaqları ağır dərs yükü ilə yükləmək olmaz. Hər bir uşağa fərdi yanaşsaq, onları oxumağa cəlb etsək bu halda təlimin uğurlu nəticələri ortaya çıxacaq. İlk günlərdən uşaqlar yüklənsə, bu onlara pis təsir edəcək. Xeyli müddət məktəbə getməyən, qaydalardan uzaq uşağı sərt rejimə məcbur etmək yüksək aqressiya yarada bilər. Xüsusilə ibtidai siniflər üçün oyun şəklində, kollektiv dərslər təşkil edilsə yaxşıdır. Uşaqlarda dərsə uyğunlaşma, gərginlik ilk günlərdə yüksək dərəcədə olur. Bu müddət ərzində valideynlər də müəllimlər kimi uşaqlara diqqətli olmalıdırlar. Adaptasiyanın ən uzun müddəti 1 aya bərabərdir".

Psixoloq Fərqanə Mehmanqızı isə ənənəvi sistemə keçidin uşaqlar üçün psixoloji gərginlik yaratmayacağını bildirib:


"Düşünmürəm ki, onlayn təhsildən ənənəvi təhsilə keçid uşaqlarda sosial-psixoloji gərginlik yaratsın. Onlayn təhsil uşaqlarda təhsildən yayınma, asossiallıq, özünəqapanmaya gətirib çıxarır. Uşaqların məktəb yaş dövründə ən çox ehtiyacı olan şey sosiallaşmaqdır. Bu sosiallaşmanın qarşısı alındıqda daxili və xarici aqressiya, xroniki və somatik depressiya, panik atak yarana bilər. Çünki sosiallaşmaqda olan uşaq üçün sosial-ictimai rəy çox önəmlidir. Düşünürəm ki, uşaqlar həvəslə məktəbin açılmasını gözləyir.
 
Məktəblilərdə iki il müddətində mütaliə ilə bağlı problemlər yaranıb. Bu problemlərin aradan qaldırılması üçün isə valideynlərin və məktəb psixoloqlarının üzərinə böyük iş düşür. Uşaqlar onlayn sistemdə rahat, qaydalardan uzaq idilər. Bu gün onlar ənənəvi mühitdən ayrı qaldıqları üçün bu sistemə qayıdışdan ötrü darıxıblar. Digər məsələlər isə zamanla həll olacaq".  
 
Əzizə Zeynal
Sfera.az
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man