Rusiya imperatoru II Nikolayın Türkiyənin Qars vilayətindəki ov malikanəsi hotelə çevrilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb.
Sarıqamış meşələrində 1897-ci ildə tikilən malikanə 49 il müddətinə tenderə çıxarılıb.
Əhalinin “Katerina malikanəsi” adlandırdığı tarixi tikilini Mədəniyyət və Turizm Nazirliyinin restavrasiya şərti ilə hotelə çevriləcək.
Qeyd edək ki, malikanə Sarıqamışa xas sarı şam ağaclarından, mismardan istifadə olunmadan tikilib. Tarixi tikili Baltik memarlıq üslubundadır. Malikanə ov malikanəsi və əsas malikanə olmaqla, iki tikilidən ibarətdir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man