Meksikada yük maşını və avtobus toqquşub - 16 ölü, 22 yaralı

Yol qəzaları 02 Sentyabr 2021 | 23:45
OXUNUB: 1083

Meksikanın şimalındakı Sonora ştatının Sonoyta-San-Luis-Rio-Kolorado magistral yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub.

Bu barədə regionun prokurorluğu tvitterdəki hesabında bildirib.

Məlumata görə, qəza zamanı 16 nəfər həlak olub, daha 22 nəfər müxtəlif xəsarətlər alıb.

"Hazırda 22 nəfərin zərər çəkməsi məlumdur, onlardan 6-sı ağır vəziyyətdədir və 16 nəfər həlak olub. Xilasedici əməliyyat davam edir”, - paylaşımda deyilir.

Faciənin mümkün səbəbləri haqqında məlumatlar verilmir.

Prokurorluğun əməkdaşları avtomobil qəzasının başvermə şəraitini araşdırmağa başlayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man