Azərbaycan Avtoobil Yolları Dövlət Agentliyindən (AAYDA) Avtosfer.az-a verilən məlumata görə, sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 1 200 metr, eni isə ortalama 6 metr təşkil edir. Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunaraq yeni yol yatağı salınıb. Görülən işlərin ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsasının inşası aparılacaq.
İnvestisiya Proqramına uyğun olaraq cari ildə Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16,3 km olan küçə və yolların təmiri və tikintisi nəzərdə tutulurdu ki, bu istiqamətdə təmir-tikinti işləri davam etdirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Xəzər rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 100 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man