Göygöl rayonunda ölümlə nəticələn yol qəzası baş verib.
APA-nın xəbərinə görə, qəza Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Sürücü 1990-cı il təvəllüdlü Hüseynli Ayxan Arzu oğlu xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man