Büdcə gəlirləri artmasa... - Azərbaycanı böyük iqtisadi sınaq gözləyir

09 Sentyabr 2021 | 14:10
OXUNUB: 882
"Son illər qeyri-neft sektorundan büdcə daxilolmalarının həcmi artsa da, bu artım azalan neft gəlirlərinin əvəzlənməsini hələ ki təmin edə bilmir. Digər tərəfdən qeyri-neft kəsirinin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə illik transfertin indiki səviyyədə saxlanılması neft gəlirlərinin və valyuta daxilolmalarının tədricən azalması fonunda Fondun aktivlərinin sürətlə əriməsinə səbəb olaraq uzunmüddətli dövrdə makrofiskal dayanıqlığı və makroiqtisadi sabitliyi təmin etməyəcək".

Sfera.az bildirir ki, bu fikirlər Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.  

Açıqlamada qeyd edilir ki, son dövrlərdə yaşıl iqtisadiyyata keçidlə bağlı təşəbbüslərin geniş vüsət alması, alternativ və bərpa olunan enerjinin rolunun artması neftə olan təlabatın azalmasına səbəb olmaqla orta və uzunmüddətli dövrdə neft qiymətlərinin yüksək olmayacağı ilə bağlı ehtimalları artırır. Digər tərəfdən də, Azərbaycanda istismar olunan neft yataqları üzrə ehtiyatlar tədricən tükənir və hasilat azalır:

"Bu baxımdan da aşağı neft qiymətləri və hasilatın tədricən azalması uzunmüddətli dövrdə neft gəlirlərinin azalmasını şərtləndirir ki, bu da makrofiskal çərçivənin dayanıqlığına, makroiqtisadi və büdcə tarazlığına böyük təzyiq yaradır”.

Açıqlamada büdcədə neft gəlirlərinin qeyri-neft gəlirləri ilə əvəzlənməsinin böyük əhəmiyyət kəsb etdiyi də vurğulanır: 

"Son illərdə büdcə xərclərinin dinamikasına nəzər saldıqda aydın olur ki, manatın devalvasiyasından sonra (2017-2020-ci illərdə) büdcə xərcləri əhəmiyyətli dərəcədə (50 faizdən çox) artıb. Qeyd olunan dövrdə dövlət büdcəsinin cari xərcləri 52,7 faiz, o cümlədən sosial yönümlü xərclər 44 faiz artıb.
Son iki ildə minimum əmək haqqının və büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarının artımı nəticəsində əməyin ödənişi xərcləri 2020-ci ildə ÜDM-in 9 faizinə çatıb ki, bu da Qafqaz və Mərkəzi Asiya regionunda ikinci ən yüksək göstəricidir. Cari xərclərin, ələlxüsus da əmək haqqı xərclərinin dayanıqlı olmayan mənbələr hesabına artımı və əmək məhsuldarlığı ilə uzlaşdırılmaması uzunmüddətli dövrdə makroiqtisadi və maliyyə dayanıqlığı üçün sınağa çevrilə bilər.

Eyni zamanda qeyd edilməlidir ki, son illər, xüsusilə də devalvasiyadan sonrakı mərhələdə büdcə xərclərinin kifayət qədər artımı qeyri-neft sektorunun mütənasib səviyyədə artımı ilə müşayiət olunmamışdır. Belə ki, 2019-cu ildə dövlət büdcəsi xərclərinin 2017-ci illə müqayisədə təxminən 39 faiz, o cümlədən, əsaslı xərclərin 1,8 dəfə artırılmasına baxmayaraq, həmin dövrdə ÜDM-in orta illik real artımı 1,4 faiz, qeyri-neft ÜDM-in orta illik real artımı isə cəmi 2,9 faiz təşkil edib”.

Vasif
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man