Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alanlar var 

Yol qəzaları 31 Avqust 2021 | 12:53
OXUNUB: 861

Sumqayıtda “Niva” “Opel” markalı avtomobillər toqquşub.

APA-nın məlumatına görə, qəza şəhərin Sülh prospektindəki yol ayrıcında qeydə alınıb. Ərazidə olan yanacaqdoldurma məntəqəsindən çıxan “Niva” markalı avtomobil baş yolun tələbini pozub və nəticədə “Opel” markalı avtomobillə toqquşub. Qəza nəticəsinə “Opel” markalı avtomobildə olan sərnişin və “Niva” markalı avtomobilin sürücüsü xəsarət alıb. Hər iki şəxs təcili tibbi yardım xidmətinin əməkdaşlarının köməyi ilə xəstəxanaya aparılıb. Qəza səbəbindən bir müddət yolda sıxlıq yaranıb. Əraziyə gələn yol polisinin əməkdaşlarının müdaxiləsi nəticəsində sıxlıq aradan qaldırılıb və nəqliyyat vasitələrinin normal hərəkəti bərpa olunub. Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man