Rusiyada ağır avtoqəza zamanı 6 nəfər öldü

Yol qəzaları 30 Avqust 2021 | 13:20
OXUNUB: 400

Rusiyanın Stavropol diyarının Georgiyevsk şəhərində üç minik avtomobili və yük maşınının toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Podqornoye kəndi yaxınlığında, Mineralnıye Vodı - Koçubey avtomobil yolunda baş verib.

Qəza nəticəsində xəsarət alan uşaqdır, o, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir. Onun regional xəstəxanaya aparılması məsələsi həll olunur. Hadisənin səbəbləri araşdırılır. Bölgədəki yol polisindən verilən məlumata görə, “Honda Prestige” markalı avtomobilin sürücüsü ötmə əməliyyatı zamanı qarşı hərəkət zolağına çıxıb və bu zaman avtomobil “Lada Niva”, “Toyota Corolla” markalı minik avtomobilləri və “Suzuki” markalı yük maşını ilə toqquşub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man