Lənkəran rayon sakini Sadiq Adiloğlu başına gələn maraqlı hadisə barədə öz sosial şəbəkə hesabında yazıb. Avtosfer.az xəbər verir ki, sürücünun avtomobili yolda xarab olub və ailəsi ilə birlikdə çıxılmaz durumda qalıb. Bu zaman yoldan keçən tanımadığı bir adam maşını saxlayıb və ona yaxınlaşıb. Gələn şəxs özü və oğlu ilə birlikdə avtomobilin təmiri üçün əlindən gələni edib. “Ata-bala elə həvəslə işləyirdilər ki, sanki öz maşınları qalıb yolda, sanki bunun müqabilində onlara ödəniş olunacaq” deyə, Sadiq bəy qeyd edir. Uzun müddətdən sonra avtomobili evakuatorla Bakıya gətirməli olublar. Həmin şəxs isə Sadiqin ailəsini öz maşını ilə təmənnasız paytaxtda gətirib. Sürücü deyir ki, bu addım onu çox duyğulandırıb.
“İnsan tanımadığı bir insan üçün maşın saxlayır, əllərini, üst başını yağa batırır, əllərini yandırır, motorun hərarətində, tərin içində çalışır ki, yolda qalmış insanlara kömək etsin. Bu çox gözəl bir addımdır.”
Nərminə
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man