Avtomobil qazılan quyuya düşdü: zərəri kim ödəyəcək? - VİDEO

Nəqliyyat xəbərləri 28 Avqust 2021 | 15:15
OXUNUB: 2478

Dünən hərəkətdə olan avtomobil Azəriqaz İstehsalat Birliyi tərəfindən qazıntı işləri aparılan çuxura düşüb. Sürücü iddia edir ki, heç bir xəbərdar edici nişan qoyulmadığı üçün qəza şəraiti baş verib. Özü yüngül xəsarət alsa da avtomobilə  2000 min manata  yaxın ziyan dəyib. Azəriqaz İstehsalat Birliyi isə əksinə, ərazidə xəbardaredici nişanların olduğunu bildirib. 

Bu  qəza dünən axşam saat 9 radələrində Sabunçu rayon Məmmədhəsən Hacinski küçəsində baş verib.  Sürücü Rəşad Qafarov iddia edir ki, Azəriqaz İstehsalat birliyi tərəfindən qazıntı işləri aparılan əraziyə heç bir xəbardar edici nişan qoyulmayıb. Nəticədə ona 2000 minə yaxın ziyan dəyib. 

Rəşad Qafarovun sözlərinə görə sürət həddi az olub. Dünən  Azəriqaz-ın işçiləri hadisə yerinə gələrək ona içkili olduğu üçün bu hadisənin baş verdiyini bildiriblər. O da içkili olmadığına dair sənədi əldə edərək onlara göstərib. Lakin nəticə dəyişməyib.

Xəbərdaredici nişanların qoyulub qoyulmadığını dəqiqləşdirmək üçün  ərazidə yaşayan vətəndaşlara da müraciət etdik.

Hadisə yerinə elə həmin tikinti işlərini aparan işçilər də gəldi. İş icraçısı Nizami Əmirov bildirdi ki, hazırda mövcud olan nişanların hər biri iş başlayan gündən qoyulub. 

Daha sonra işçilərlərlə zərərçəkmiş arasında yaranan mübahisə zamanı iş içraçısı bildirdi ki, nişanlar daha sonra artırılıb. 

Məsələ ilə bağlı Azəriqaz İstehsalat birliyinə müraciət etdik. Qurumun mətbuat katibi Eldəniz Vəliyev bildirdi ki, iş bitəndən sonra qoruyucular düzülüb, xətlər çəkilib. Görünür, kiçik bir məhəllədə sürətlə gəlinib deyə avtomobil qum kütləsinin üstündən aşaraq xəndəyə düşüb. Burada məsuliyyət Azərqaz İstehsalat Birliyinin yox, sürücünün üzərinə düşür.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man