Şəkidə "07" ilə "Ford" toqquşdu: ortaya bu dəhşətli görüntülər çıxdı - FOTO

Yol qəzaları 27 Avqust 2021 | 13:18
OXUNUB: 1828

Şəki şəhərində yol qəzası olub.

Hadisə bu gün səhər saatlarında Şəki-Oğuz avtomobil yolunun Şəki şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki şəhər sakini Pərviz İsmayılovun idarə etdiyi "Ford" markalı avtomobillə və Şamaxı rayon sakini Ramazan Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 23 yaşlı R.Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (Report)

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man