Tom Kruzun avtomobili qaçırılıb, aktyor qarət edilib  - VİDEO

Nəqliyyat xəbərləri 27 Avqust 2021 | 11:33
OXUNUB: 1235

Hollivud aktyoru bir gün ərzində iki oğurluq hadisəsinə məruz qalıb. 

REN TV xəbər verir ki, kino ulduzun təxminən 150 min dollarlıq avtomobili və onunla bərabər bahalı baqajı qarət olunub.

Oğurluq hadisəsi Birminhem şəhərində aktyorun “Mümkün olmayan missiya 7” filminin çəkilişlərində iştirakı zamanı baş verib.

59 yaşlı aktyorun bahalı avtomobili sənətçinin qaldığı hotelin dayanacağında olub.

Avtomobilin qaçırılmasını aktyorun cangüdənləri tərəfindən aşkar edilib və polisə məlumat verilib.

Avtomobilə quraşdırılmış izləmə sistemi sayəsində nəqliyyat vasitəsini tapmaq mümkün olub.

Lakin avtomobilin salonunda olan və dəyəri bir neçə min dollar təşkil edən əşyaları tapmaq mümkün olmayıb.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man