"Bu
olaya həm adi narazılıq hadisəsi kimi, həm də "Qarabağ klanı”nın təxribatı kimi
baxmaq olar. Prosesdə hər iki amil özünü göstərir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Qarabağ
ermənilərinin qondarma "müstəqillik günü” tədbirinə qatılmaq istəyən Ermənistanın
hakim partiya nümayəndələrinin daşa basılmasına münasibət bildirərkən,
politoloq Cümşüd Nuriyev deyib:
"Paşinyan tərəfdarlarının daşa basılması acı məğlubiyyətə
etiraz idi. Bu insidentdə həm də klanlararası mübarizənin işartıları gizlənir.
Paşinyan yeni hökumətə Qarabağ kökənli bir ermənini belə buraxmayıb. İlk dəfədir,
erməni hakimiyyəti atası azərbaycanlı olanlardan da təmizlənib. "Qarabağ klanı”
isə bu məqamdan yararlanmağa çalışaraq məlum insidentə rəvac verib”.
Həmsöhbətimiz baş verənlərin daha böyük etiraz
aksiyalarına gətirib çıxaracağını düşünmür: "Bu baş verməyəcək. Ermənistanda
"Qarabağ klanı”nın nümayəndələri o qədər də çox deyil. Qarabağ erməniləri artıq Ermənistanı tərk
edib. Ona görə də, "Qarabağ klanı” baş verən olaydan öz məqsədləri naminə yararlana bilməyəcək. Ümumiyyətlə
seçkilərdəki məğlubiyyətdən sonra "Qarabağ klanı”nın mövqeyi əhəmiyyətli dərəcədə
sarsılıb”.
Elçin