İllərlə sürülməyən maşın texniki baxışa necə aparılmalıdır? - QANUNDA BOŞLUQ

Nəqliyyat xəbərləri 26 Avqust 2021 | 12:07
OXUNUB: 1970

Azərbaycanın müxtəlif sahələr üzrə qanunvericilikdə zaman-zaman boşluqlarla üzləşirik. Əlbəttə, dövrün tələbinə uyğun olaraq yeni qanun layihələri hazırlanarkən əlavə dəyişikliklər nəticəsində belə boşluqlar aradan qaldırılır. Sadəcə bir müddət əhali bəzi məqamlarda əziyyət çəkməli olur. "Rupor" analoji hallardan birinin də "Yol hərəkəti haqqında" qanunda yaşandığının fərqinə varıb.  Əgər təmirdə olan avtomoblin texniki baxışdan keçmək müddəti hətta əlavə 20 gün vaxt verilməsi ilə birgə bitirsə, avtomobil sürülə bilmədiyinə görə texniki baxışdan keçə bilmirsə, niyə təmirdən sonra texniki baxışa aparılanda yolda kamera və ya DYP əməkdaşı tərədindən cərimələnməlidir?  
Əməkdaşımız bu suala ekspert Elməddin Muradlının münasibətini öyrənib. Çox maraqlı və vacib bir məqama toxunduğumuzu xatırladan ekspert bu məsələ ilə bağlı qanunvericilikdə boşluq olduğunu təsdiqləyib: "Təmirdə olan avtomobilin texniki baxışının vaxtı çatıbsa, o hansısa formada həmin idarəyə aparılmalıdır. İndiki halda qanunvericiliyin hərfi mənası ilə götürsək, sürücü maşını servisdən götürüb evakuatorla texniki baxış yerinə aparmalıdır. Çünki sürsə cərimə olunacaq.

Tutaq ki, bu maşın Gəncədədir və hazırda tələb də ondan ibarətdir ki, avtomobil qeydiyyatda olduğu ərazidə texniki baxışdan keçsin. Maşın Bakıda qeydiyyatındadır. Sürücü nə qədər pul xərcləməlidir ki, onu Gəncədən evakuatorla Bakıya gətirsin? Olmazmı avtomobillər sərbəst şəkildə bütün şəhər və rayonlarda texniki baxışdan keçsin? 

Bu boşluq hansısa bir formada tənzimlənməlidir. Belə də ola bilər ki, ərazi üzrə rayon yol polisi şöbəsi sürücüyə onun avtomobilinin neçə müddətdir təmirdə olması, sürə bilməməsi ilə bağlı arayış versin. Təmiri qoyaq kənara, bəlkə vətəndaş xaricdədir, maşını da sürmür. Bu üzdən texniki baxışın müddəti illərdir bitib. Belədə sürücü niyə günahkar olsun ki? Ona bu barədə arayış verilsə məsələ həllini tapar və sürücü maşını evakuatorla yox, cərimə olunmaqdan qorxmadan sürə-sürə texniki baxışa aparar.

Məndə olan məlumata görə, “Yol hərəkəti haqqında” yeni qanun layihəsi hazırlanır. Çox güman ki, bu kimi boşluqlar həmin qanunda aradan qaldırılacaq".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man