“Opel”dən YENİLİK: Şirkət yeniyetmələrin idarə edə biləcəyi elektromobil təqdim edib - FOTO

Nəqliyyat xəbərləri 25 Avqust 2021 | 22:17
OXUNUB: 1444

“Opel” şirkəti Almaniyada moped idarə etmək hüququ olan 15 yaşdan yuxarı yeniyetmələr üçün “Rocks-e” elektromobilini təqdim edib.

Avtosfer.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, skuterlə adi avtomobillər arasında yer alacaq bu model 2022-ci ildən satışa çıxarılacaq.

Elektromobilin uzunluğu – 2.41 m, eni – 1.39 m, çəkisi – 471 kq təşkil edir. Kompakt elektrik mühərrik 45 km/s sürətlənməyə imkan verir. Elektromobilin yaradıcıları onun bir şarjla 75 km məsafə qət etdiyini vəd edir.

“Rocks-e” sürət, sürmə rejimi, batareyanın tutumu və qət edilən məsafəni göstərən displey ilə təchiz edilib. Avtomobilin qiyməti hələ açıqlanmayıb.

Qeyd edək ki, “Rocks-e” elektromobilinə bənzəyən “Citroen Ami” Fransada 7 min avro qiymətinə satılır. “Bloomberg” analitiklərinin fikrincə, gələcəkdə elektromobillər istehlakçılar üçün benzin mühərrikli avtomobillərlə müqayisədə daha ucuz başa gələcək.///banker.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man