Bakıda yola maneə quraşdırıb sürücülərin hərəkətini çətinləşdirdilər - VİDEO

Nəqliyyat TV 25 Avqust 2021 | 14:38
OXUNUB: 1301

Bakıda piyada keçidinin qarşısına qoyulmuş maneə sürücülərin narahatlığına səbəb olub. Buzovna yolundan istifadə edən sürücülərdən biri yaranan narahatlığı videoya çəkərək redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, Buzovna qəsəbəsindən üzü Maştağa qəsəbəsinə gedən yolda piyada keçidinin qarşısına yolun eni boyunca süni maneə quraşdırılıb. Belə başa düşülür ki, qoyulan süni maneə sürücülərin piyadalara yol verməsi üçündür.

Xatırladaq ki, qanunvericiliyə görə yola hər hansı bir maneə, tramplin quraşdırılmadı qanunsuzdur. Belə maneələrin yola qoyan şəxslər İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət daşıyır. Həmin məcəllənin 354.0.4-cü maddəsində qeyd olunub ki, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man