Tayvan rəhbərliyi kosmosa raket göndərmək üçün buraxılış meydançası inşa etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə ölkənin Mərkəzi xəbər agentliyi kosmos şöbəsinin müdiri Vu Zonqxinə istinadən məlumat yayıb.
Kosmik qanun layihəsi müsakirə edildikdən sonra icrasına 2022-ci ildə başlayacağı gözlənilir.
Kosmodromunun sahəsinin inşası üçün Pintun dairəsinin cənub hissəsində yerləşən Mudan yaşayış məntəqəsi seçilib.
Hazırda bu məsələ ilə bağlı yerli sakinlərlə danışıqlar aparırlar.
Qeyd edək ki, bundan əvvəl Tayvanın “TiSPACE” kosmik ticarət şirkəti Avstraliyada ilk raketini buraxmaq üçün icazə istəmişdi. Avstraliya səlahiyyətliləri tərəfindən bazar ertəsi raketin buraxılmasına razılıq verildiyini bildirilib. Dəqiq tarix isə bir ay ərzində müəyyən ediləcək.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man