Azərbaycanlı idmançı qonaq getdiyi yerdə avtobusla vuruldu - TƏFƏRRÜAT + FOTO

Yol qəzaları 23 Avqust 2021 | 19:55
OXUNUB: 1956

Dünən Zərdabda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası olub. Rüfət Zaur oğlu Məmmədov adlı yeniyetmə aldığı xəsarətlərdən dünyasını dəyişib. Oxu.az məsələ ilə bağlı müəyyən məlumatlar əldə edib. Rüfət Məmmədov 17-18 yaşlarında olub. Əvvəllər Zərdab rayonunda yaşayan ailə üç il olar ki, Mingəçevir şəhərinə köçübmüş.

O, Zərdaba baba-nənəsigilə gəlib. Velosipedlə axşamüstü yola çıxıb. Həmin vaxt Ağcabədi istiqamətində işləyən “İkarus” avtobusu onu vurub. Yeniyetmə yerindəcə keçinib.

Qeyd edək ki, Rüfət Məmmədov valideynləri ilə Zərdabda yaşadığı vaxt 3-4 il idmanın cüdo növü ilə məşğul olub. Zona yarışında beşinci olmuş R.Məmmədov 2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş açıq İmişli rayon birinciliyində medal qazanıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man