İnternetdə maşın satan şəxs fırıldaqçı imiş - 400 manatı alan kimi yoxa çıxıb - VİDEO

Nəqliyyat xəbərləri 23 Avqust 2021 | 14:34
OXUNUB: 896

Gəncə şəhər sakini Qərib Tağıyev maşın almaq istəyərkən fırıldaqçılıqla üzləşib. Qərib Tağıyev internetdə maşın elanı görüb, almaq üçün sahibi ilə 2000 manat qiymətə razılığa gəlib. Qaxda yaşadığını və adının Mehman olduğunu deyən şəxs alıcı Qərib Tağıyevdən maşını Gəncəyə gətirmək üçün əvvəlcə 100 manat benzinpulu istəyib. Sonra isə onun inandığını görüb məbləği artırmaq üçün bəhanə uydurub.

Beləliklə, Qərib Tağıyev fırıldaqçıya inanaraq istədiyi 400 manat pulu terminaldan onun kartına yükləyib. Ama Qərib Tağıyev tezliklə aldadıldığını başa düşüb.

"Maşın satan"a zəng çatmadığını görən zərərçəkmiş polisə müarciət etməli olur. Qısa müddət sonra polisdən Qərib Tağıyevə məlumat verilir ki, onu aldadan və özünü Qaxda yaşayan Mehman kimi təqdim edən şəxs əslində Bakı şəhər sakini Racov Elxan Teyyub oğludur və onunla bağlı qanunamüvafiq tədbir görülməsi üçün bütün zəruri addımlar atılacaq. İndi zərərçəkmiş şəxs həm pulunu geri almağa çalışır, həm də insanları belə hallarda diqqətli olmağa çağırır.

Zərərçəkmiş Qərib Tağıyev həm də Racov Elxan Teyyub oğlunu şəxsən tanıyan şəxslərdən ona bu işdə kömək etmələrini xahiş edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man