“Bu platforma bütün tərəflərin marağındadır” – Ərdoğanın təklifi dəstək qazanacaq?

30 Avqust 2021 | 16:17
OXUNUB: 1213
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq bir neçə ildir ki, 5 və ya 6-lıq platformanın yaranması ilə bağlı məsləyə diqqət çəkir.
 
Ötən gün Türkiyə prezidenti yenidən bu məsələni gündəmə gətirərək, Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstanın iştirakı ilə Cənubi Qafqazda əməkdaşlıq təşəbbüsünü dilə gətirib.

Maraqlıdır, Ərdoğanın bu təklifi üzv ölkələr üçün hansı imkanları açacaq? Platformanın qurulması real görünürmü?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Gürcüstanın təklif olunan platformada tərəf kimi çıxış etməyəcəyini deyib:

"Ərdoğanın irəli sürdüyü təklif yeni deyil, yəni, bir neçə il əvvəl də belə bir təklif olmuşdu. Lakin bir neçə ilə əvvəl Qarabağ münaqişəsi həll olmamışdı deyə, təklifin reaallaşması mümkün deyildi və Ermənistan buna isti yanaşamırdı. 44 günlük Vətən müharibəsindəki qələbədən sonra regionda yeni geosiyasi vəziyyət yarandı ki, bununla da regionda əməkdaşlıq platformasının qurulması yaxşı olardı. Gürcüstan altılıq platformanın qurulmasına isti baxmır, çünki Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş əraziləri var. Buna görə Ərdoğan beşlik formatından da söz açıb".
 
Politoloq beşli platformanın İran və Ermənistan üçün xüsusilə faydalı olacağını deyib:

"Sözügedən platforma iqtisadi-ticari imkanlar yaradacaq və yeni kommunikasiya sistemləri vasitəsi ilə Rusiya çox asanlıqla Naxçıvana, Ermənistana, İrana, Cənub Şərqi Asiya ölkələrinə qədər iqtisadi ticarət imkanlarını genişləndirəcək. Eyni imkanlar İran, Ermənistan üçün də keçərlidir. Xüsusilə Ermənistan blokadadan çıxacaq və Ermənistan üçün investisiya imkanı yarana bilər.
 
Ermənistan yeni maliyyə bazarlarına çıxmaqla bərabər, öz kənd təsərrüfat mallarını İran və Hindistana sata biləcək. Məlum olduğu kimi İran indiyədək ABŞ sanksiyaları içərisində boğulurdu. Yeni lahiyə İran üçün də yeni iqtisadi imkanlar yaratmaqla sanksiyaları arxa plana atacaq".
 
Ekspert sözügedən platformanın reallaşamasına maneə yaradan ölkələri yeni müharibənin olmasında maraqlı tərəflər kimi təqdim edib:
 
"Azərbaycan üçün beşlik platformanın qurulması regionda sülhün və təhlükəsizliyin yeganə təminatı olacaq ki, bu çox vacib məsələdir. Yəni, artıq torpaqları işğal etməklə, qazanc əldə etmək istəyən tərəflər bunu əməkdaşlıq çərçivəsində razılığa uyğun həyata keçirəcəklər. Bunu Ermənistan əhalisi qəbul edib. Haqqdan gələn mesajı Paşinyan da qəbul etməlidir. Əgər bu platformada kimsə fitnkəarlıq törətmək istəsə, demək ki, regionda müharibənin olması üçün çalışır. Müharibədə isə ermənilərin başına dəyən dəmir yumruğu erməni hakimiyyəti və xalqı unutmayıb. Platformanın reallaşması üçün Ərdoğanın ciddi cəhdi lazımdır. Onun səyi nəticəsində platforma qurula və tərəflər böyük qazanc əldə edə bilər".
 
Əzizə Zeynal
Sfera.az
 
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man