Yol polisi piyadaya təhlükə yaradan sürücünü cərimələdi - VİDEO

Nəqliyyat TV 21 Avqust 2021 | 19:16
OXUNUB: 2249

Paytaxtın Bakıxanov qəsəbəsində nəqliyyat axınına qarşı hərəkət edən sürücü cərimələnib. 

Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi,  polis polkovniki Vaqif Əsədov məlumat verib.  Bildirib ki,  10-CJ-244 qeydiyyat nişanlı "VAZ-21011" markalı avtomobilin sürücüsü Əlisəfa Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 330.2-ci maddələrinin tələblərinə uyğun olaraq cərimə tətbiq olunub. 

Qeyd edək ki, sürücü birtərəfli yolun əksi istiqamətinə hərəkət edərək keçiddən keçən piyadalara təhlükə yaradıb. Onun gəldiyi istiqamətdə kəsişən yolun birtərəfli olmasını bildirən məlumatverici nişan var, lakin buna baxmayaraq o, həm avtomobillərə təhlükə yaradıb, həm də keçidi keçən qadının həyatını təhlükə altında qoyub.
Avtomobil tərəfindən vurulacağını görən piyada dayanaraq onun keçməsini gözləyib.

Təbriz 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man