Aeroport yolunda təhlükə yaradan sürücü cərimələnib - VİDEO

Nəqliyyat TV 21 Avqust 2021 | 19:07
OXUNUB: 5189

Hava limanı yolunda ən sağ zolaqdan birbaşa sol zolağa keçib təhlükə yaradan 10-MC-999 nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü yol polisi tərəfindən cərimələnib.  Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi,  polis polkovniki Vaqif Əsədov məlumat verib.  Bildirib ki,  sürücü Arzu Nuriyeva barəsində  İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq cərimə tətbiq olunub.

 

Qeyd edək ki, sürücü qaydaları heçə sayaraq bir avtomobil dolusu ailənin həyatını təhlükəyə atıb. Belə ki, hava limanı yolunda ən sağ zolaqda hərəkətdə olan sürücü bir anda dönməyə qərar verib və döngəni ötüb keçməsinə baxmayaraq birbaşa sağdan manevr edərək sola keçməyə çalışıb. Bu zaman o, hadisəni lentə alan avtomobilin önünə çıxıb. 4 zolağı birdən keçməyə çalışan məsuliyyətsiz sürücü qarşısına çıxdığı avtombildəki bütün ailənin həyatını riskə atıb.

Aysel 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man