“Gəncə Avtomobil Zavodu”nun xalis mənfəəti 48 % artıb

Nəqliyyat xəbərləri 21 Avqust 2021 | 11:54
OXUNUB: 1785

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 2020-ci ili 7,396 milyon manat xalis mənfəətlə başa vurub.

Avtosfer.az xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 48,1 % çoxdur.

Ötən il “Gəncə Avtomobil Zavodu”nun əsas əməliyyat gəliri 98,935 milyon manat (əvvəlki illə müqayisədə 89,7 % çox), sair əməliyyat gəlirləri 863 min manat (əvvəlki il min manat olub) təşkil edib. Satışın maya dəyəri 86,952 milyon manat (dəfə çox), kommersiya xərcləri 1,311 milyon manat (61,5 % çox), inzibati xərclər 2,352 milyon manat (11,2 % çox), sair əməliyyat xərcləri 596 min manat (7,8 % çox), mənfəət vergisi ödəmələri isə 1,849 milyon manat (48,2 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Gəncə Avtomobil Zavodu”nun aktivləri 81,206 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 9,7 % azalaraq 51,117 milyon manata, balans kapitalı isə 32,6 % artaraq 30,09 milyon manata çatıb.

Xatırladaq ki, 1986-cı ildə əsası qoyulmuş “Gəncə Avtomobil Zavodu”nun istehsal gücü layihəyə əsasən 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlanmalı olsa da, Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında “Gəncə Avtomobil Zavodu” işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man