Bakıda zibillər yeni texnika və velosipedlərlə daşınacaq - FOTO

Yeniliklər 20 Avqust 2021 | 15:15
OXUNUB: 1052

Paytaxtda şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi ilə bağlı son vaxtlarda bir sıra tədbirlər həyata keçirilib. Ölkə başçısı tərəfindən ayrılan maliyyə vəsaiti hesabına müasir tələblərə tam cavab verən 57 ədəd müxtəlif təyinatlı yeni kommunal texnika alınıb.

Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Xidmətlərin maddi-texniki bazasının gücləndirilməsi üçün əlavə tədbirlər görülür, işçilər mövsümə uyğun yeni geyim və iş üçün lazım olan inventarlarla təmin edilirlər. Kommunal xidmət əməkdaşlarının qarşısında duran əsas vəzifələrdən biri şəhərin təmizliyinin qorunmasıdır və bu işlər kommunal texnika və işçilərin əl əməyi hesabına gündəlik olaraq tam şəkildə həyata keçirilir. Şəhər ərazisi, vətəndaşların gündəlik gəzinti və istirahət yerləri olan park və xiyabanlar, küçə və prospektlər, mədəniyyət, turizm və iri ticarət obyektlərinin qarşısı, keçid meydançalarının sanitar təmizliyi ciddi nəzarətdə saxlanılır.

Paytaxtda keçirilən kütləvi tədbirlər zamanı, bayram və istirahət günlərində kommunal xidmətlər tərəfindən mərkəz ərazilərdəki sanitar şəraitə nəzarət daha da artırılır. Lakin təəssüf olsun ki, müxtəlif insanlar məsuliyyətsizlik edərək yol kənarlarına, parklara, skamyalara, keçidlərə, ağacların dibinə, yaşıllıq guşələrinə və s. yerlərə istifadə etdikləri su və şirə qablarını, ərzaq qalıqlarını, siqaret qutularını və digər tullantıları atırlar. Bu da həm sakinlər, həm də paytaxta gələn qonaqların haqlı narazılığına səbəb olur, şəhəri çirkləndirir. Belə halların qarşısının alınması, təmizlik işləri zamanı operativliyin təmin edilməsi üçün mövcud təmizlik qrafikindən kənar təmizləmələrin aparılmasına kömək edilməsi və şəhərimizin sanitar təmizliyinin yüksəlməsinə yardımçı olmaq məqsədi ilə paytaxt rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinə əlavə kömək olaraq yeni velosipedlər verilib. Velosipedlər iri məişət texnikasının yaxınlaşa bilmədiyi yerlərdə, parklardakı ensiz cığırlarda və s. yerlərdə operativ təmizlik tədbirlərinin aparılmasında istifadə ediləcək, kommunal işçilərin əməyinin yüngülləşməsinə köməklik göstərəcək.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man