Bakıda yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix AÇIQLANDI

Yeniliklər 19 Avqust 2021 | 12:30
OXUNUB: 596

“Bakı Metropoliteni” Xocəsən qəsəbəsində Bənövşəyi xəttin elektrik deposunun inşası çərçivəsində yerüstü stansiyanın tikintisini davam etdirir.

Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, stansiyanın vestibül, platforma səviyyəsində tikinti plana uyğun aparılır:

“Tunelə qədər yol infrastrukturunun qurulması istiqamətində də əhəmiyyətli işlər icra olunmaqdadır. Ümumən gələn ilin sonuna qədər stansiyanın istifadəyə verilməsi planlaşdırılır. Hazırda işlərin axarı qeyd edilən müddətə işlərin yekunlaşdırılması ilə bağlı problemlərin müşahidə olunmayacağını göstərir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man