Porsche Münhendə yeni elektrokar nümayiş etdirəcək

Nəqliyyat xəbərləri 19 Avqust 2021 | 00:11
OXUNUB: 1980

Porsche, Münhendə keçiriləcək IAA avtosalonunda “gələcəyə istiqamətləndirilmiş konseptual tədqiqatı” nümayiş etdirmək planlarının olduğunu açıqlayıb. Yeniliyin tizeri Instagram sosial şəbəkəsində yerləşdirilib. Tizeri müşayət edən yazı isə, prototipin avtomobil idmanı ilə əlaqəli olduğuna işarə edir.

Fənərlərdən göründüyü kimi, yeni prototip elektromobildir. Bənzər fənərlər Mission E konseptində və onun ardınca debüt etmiş Taycan modelində də var idi. Gəlin hansı variantlarımızın olduğunu araşdıraq. Batareyalı Porsche Macan krossoveri tamamilə fərqli bir fənər dizaynına sahib olduğu üçün, söhbət mövzusu deyil. Yaxın on ildə 911 sportkarının elektrik ekvivalentinin olmayacaqdır.

Bəlkə bu Audi A6 E-Tron sedanının rəqibidir? Ön tərəfin uzunluğu olduqca qısa göründüyü üçün bu mülahizə də işə yaramır.

Bütün bunlar, 718 ailəsindən olan sportkara işarə edir. Üstəlik, bir müddət bundan pncə, Porsche İdarə Heyətinin üzvü Mixael Ştayner, şirkətin 718 konsept elektromobilini hazırlamaq niyyətində olduğunu bildirmişdi. Qalır bu konseptin idmanla hansı əlaqəsinin olduğunu öyrənmək. Güman edirik ki, bunu öyrənmək uzun sürməyəcəkdir: media nümayəndələri üçün qapılarını 6 sentyabr tarixində açacaq Münhen avtosalonu bütün suallara cavab verəcəkdir.

Bu arada, 718 ailəsinin ən ekstremal üzvünün debütü bizi gözləyir. Söhbət sınaqlar zamanı görüntülənmiş və bu ilin sonuna qədər debüt etməli olan Cayman GT4 RS modelindən gedir.///autograph

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man