Yol polisi Masallıda qayda pozan sürücüləri cərimələyib - FOTO

İctimai nəqliyyat 18 Avqust 2021 | 19:00
OXUNUB: 1348

Masallıda avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Bu məqsədlə Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə növbəti nəzarət-profilaktiki tədbirlər təşkil olunub.

Bu barədə sürücülərlə bir daha izahat işləri aparılıb və diqqətə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Müəyyən olunmuş standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.

Yol polis əməkdaşları tərəfindən eyni zamanda ictimai nəqliyyatda tibbi maskadan istifadə ilə bağlı tələbləri pozan sürücü və sərnişinlər, idarə etdiyi nəqliyyat vasitəsinə konstruksiya dəyişikləri edənlər, avtomobili sürücülük hüququ olmadan idarə edənlər aşkarlanıb.

Hər birinə yol verdikləri qayda pozuntuları izah olunmaqla qanunamüvafiq tədbirlər görülüb. Yol hərəkətinin təhlükəsizliyinin təmini məqsədini daşıyan bu kimi tədbirlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man