Bakıda 20 yaşlı “Audi” sürücüsü qəza törətdi, 2 nəfər öldü - VİDEO

Nəqliyyat TV 18 Avqust 2021 | 15:43
OXUNUB: 25476

Ötən gün paytaxtın Babək prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, DYP-dən verilən məlumata görə, Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Elşən Elbrus oğlu Məmmədovun sağ zolaqda yüksək sürətlə idarə etdiyi “Audi” markalı, 90-VS-907 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onunla eyni istiqamətdə hərəkət edən “VAZ 21015” markalı, 55-BU-172 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb. Güclü zərbə nəticəsində xəsarət alan “VAZ” markalı avtomobilin sürücüsü Sabirabad rayon sakini 1993-cü il təvəllüdlü Baba Nusrəddin oğlu Kaxidze və avtomobildə olan sərnişin xəstəxanaya yerləşdirilsələr də onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin qeydə alındığı videogörüntülərdə səki ilə hərəkət edən piyadaların da ən son anda qəzadan xilas olduqları əks olunub.

Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

 

Qafqazinfo

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man