Hərbi avtomobil Türkiyə Prezidentinin diqqətini çəkdi  - FOTO

Nəqliyyat xəbərləri 18 Avqust 2021 | 15:20
OXUNUB: 1442

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən "IDEF 2021" Beynəxalq Müdafiə Sənayesi sərgisində iştirak edib və TÜMOSAN tərəfindən hazırlanan PUSAT Hibrid hərbi avtomobilini incələyib.

Avtosfer.az bildirir ki,  Albayrak Qrupunun idarə heyətinin sədri Ahmet Albayrak və sədr müavini Nuri Albayrak zirehli texnika barədə ölkə rəhbərinə geniş məlumat veriblər. Bildirilib ki, bu, ilk dəfədir "IDEF 2021" sərgisində təqdim olunur və ən önəmli cəhəti mühərrikinin yerli imkanlar hesabına hazırlanmasıdır.

Belə ki, hərbi texnikanın mühərriki 310 at gücündədir və digər hərbi nəqliyyat vasitələrinə də bu tip mühərriklərin inteqrasiyası həyata keçiriləcək.

Hazırda 100 zirehli texnikanın mühərrikinin montajına başlanılıb və bu texnikalar Türkiyə Silahlı Qüvvələrinə təslim ediləcək.

Qeyd edək ki, Türkiyədə "IDEF 2021" Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir. Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də iştirak edir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man