"Mercedes-Benz"dən yenilik - sürücülər yoldakı təhlükələr barədə xəbərdar ediləcək

Yeniliklər 17 Avqust 2021 | 23:40
OXUNUB: 663

Mercedes-Benz şirkəti, avtomobillər ilə ətraf infrastruktur arasındakı məlumat mübadiləsini təmin edən Car-to-X sisteminin funksionallığını genişləndirib. Sistemin yeniləməsindən sonra, cari nəsil S-Class və C-Class modelləri, həmçinin EQS elektrik sedanı digər avtomobillərin sürücülərini yoldakı müxtəlif təhlükələr barədə xəbərdar edə biləcəklər. Söhbət, ilk növbədə, asqının zədələnməsi və idarəetmənin itirilməsi ilə nəticələnən və qəzalara səbəb olan çala-çuxurlardan gedir.

Car-to-X sistemi proqram alqoritmlərindən istifadə edərək,asqının sıxılmasını və geri qayıtmasını izləyir və bu yolla avtomobilin çuxura girdiyini və ya əksinə, yerdəki maneənin (məsələn, “uzanmış polisin”) üzərindən keçdiyini təyin edir. Təkərin şaquli sürətlənməsinin dəyəri müəyyən həddi keçərsə, multimedia sistemi vasitəsi ilə avtomobilin mövqeyi Mercedes-Benz Cloud xidmətinə göndərilir. Xidmət isə, öz növbəsində məlumatı emal edərək, yaxınlıqdakı Car-to- X sistemi ilə təchiz olunmuş nəqliyyat vasitələrinə yönləndirir. 2016 -cı ildən əvvəl istehsal olunan modellərdə bu xəbərdarlıq yol hadisəsi barədə səsli ismarıc şəklində səslənəcəkdir, yeni modellərin displeylərində isə yoldakı çuxur kimi göstəriləcəkdir.

Bundan əlavə, S-Class, C-Class və EQS modelləri digər Mercedes-Benz sürücülərini sürüşkən yollar və yan tərəfdən əsən küləklər (stabilizasiya sisteminin aktivləşməsi halında), güclü yağışlar (şüşəsilənlərin ən yüksək sürətlə işləməsi halında) barədə xəbərdar edə biləcəkdirlər. Yol təmiri, xarab olmuş avtomobillər və ya qəzalar haqqında xəbərdarlıqlar naviqasiya sisteminin məlumatlarına əsaslanaraq ötürüləcəkdir. Xəbərdarlıqlar üçün dəstəklənən 36 dildən biri seçilə bilər. Car-to-X sisteminin işləməsi üçün, avtomobil sahibinin Mercedes me sistemində qeydiyyatdan keçməsi tələb olunur.///autograph

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man