Bu ilin yanvar-iyul aylarında Azərbaycana 474,6 milyon dolları dəyərində 47 min 374 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Yeniavaz.com-un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 10 min 18 dollar (17 min 31 manat) olub.
Bu ilin ilk 7 ayında daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən (hibrid) 5 min 879 avtomobil idxal olunub. Bu avtomobillərin ümumi dəyəri 36 milyon dollar olub. İdxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 6 min 124 dollar (10 min 410 manat) olub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man