Azərbaycanlı sürücü Türkiyədə qəza törətdi, hadisə yerindən qaçdı  - FOTO

Nəqliyyat xəbərləri 16 Avqust 2021 | 15:19
OXUNUB: 1348

Antalyanın Titreyengöl küçəsində Azərbaycan vətəndaşı qəza törədib. 

Avtosfer.az unikal.org-a istinadən bildirir ki, E.İ adlı azərbaycan vətəndaşı istifadəsində olan 07-AOZ-352 dövlət nömrə nişanlı avtomobillə qəza törədib. Sürücü idarə etməni ititrərək yol kənarındakı bardyorlara çırpılıb. Çırpılma nəticəsində avtomobil aşıb. 

Qəzada avtomobildə olan Azərbaycan vətəndaşı Ş.A xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları və  səhiyyə işçiləri cəlb olunub. Sərnişin Ş.A xəstəxanaya yerləşdirilib. Sürücü E.İ isə hadisə yerindən qaçıb. 

Hadisə yerini tərk edən Azərbaycan vətəndaşı E.İ., qəzadan qısa müddət sonra Polis Bölməsinə gəlib. Onun spirtli içki qəbul etdiyi müəyyən edilib.

Daha sonra E.İ.-nin sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man