ABŞ-ın Ermənistandakı səfirinin açıqlaması nəyə hesablanıb? - "Azərbaycan bu siyasi burulğandan da çıxacaq”

23 Avqust 2021 | 17:09
OXUNUB: 1384
"Minsk qrupunun hər üç həmsədri 10 noyabr və 11 yanvar razılaşmalarının yerinə yetirilməməsi üçün bütün addımlarla Ermənistana dəstək verir”.
 
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə ABŞ-ın Ermənistandakı səfirinin son açıqlamasından danışarkən deyib.

O bildirib ki, səfirin məlum açıqlaması Ermənistanın maraqlarına cavab verməklə, regionda sülhün əldə edilməsinə qarşıdır:

"Məhz hazırda Ermənistan rəhbərliyinin əlavə şərtlər irəli sürməsi və təxribatlara əl atması, Qarabağda mütəmadi atəşkəsin pozulması ilə münaqişənin bitmədiyi və yeni bir mərhələyə keçdiyi mesajı verilir. Rusiya da ona görə Ermənistanı silahlandırır ki, sülhün əldə edilməsi baş tutmasın. Amma Azərbaycan bu siyasi burulğandan da çıxacaq”.

Politoloqun sözlərinə görə, ölkə daxilində siyasi və sosial islahatlara gedilməklə, Azərbaycan daha da güclənəcək və ölkəmizə qarşı təzyiqlərin qarşısı alınacaq.

Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi hesab edir ki, Dağlıq Qarabağın statusu hələ müəyyən edilmədiyindən münaqişə həll olunmayıb. "Biz Minsk qrupunun həmsədri olaraq vəziyyətin gərginliyini azaltmağa, münaqişəni aradan qaldırmağa çalışacağıq ki, qalan məsələlərin, müharibədən sonrakı durumun və qalan vəzifələrin son həlli mümkün ollsun", - deyə səfir qeyd edib.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man